Tramp və Harrisin tarixi debatı baş tutdu

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, təxminən 1,5 saat davam edən və "ABC News" kanalında canlı yayımlanan debat proqramında Demokratlar Partiyasının namizədi Harris və Respublikaçılar Partiyasının namizədi Tramp üz-üzə gəliblər.

Metbuat.az bildirir ki, müzakirə sürpriz əl sıxma ilə başlayıb. Proqramın əvvəlində Harris Trampın əlini sıxıb və özünü təqdim edib. Bu, 2016-cı ildən bəri prezidentlik debatında ilk əl sıxma olub.

Canlı yayımın əvvəlində əl sıxan iki namizəd, ara-sıra qızğın keçən debat boyu fərqli siyasət təkliflərini sadalayıblar və xüsusilə iqtisadiyyat, abort və sərhəd təhlükəsizliyi mövzularında bir-birindən ciddi şəkildə fərqli fikirlər səsləndiriblər.

Müzakirənin ilk dəqiqələrində Tramp və Harris iqtisadiyyat sahəsindən danışıblar. Tramp isə öz dövründə ABŞ tarixində ən yaxşı iqtisadiyyatı yaratdığını, lakin Bayden-Harris administrasiyasının onu məhv etdiyini müdafiə edib. O, ABŞ-nin Çinə tətbiq etdiyi gömrük rüsumları ilə milyardlarla dollar qazandığını və Baydenin bu vergiləri ləğv etdiyini bildirib.

Müzakirələr zamanı İsrailin Qəzzaya hücumları da müzakirə edilib.

Tramp Bayden administrasiyasının ölkəyə qeyri-qanuni mühacirləri asanlıqla qəbul etdiyini və bu insanların əksəriyyətinin cinayətkar olduğunu iddia edib. Həmçinin xarici siyasət bölməsində Ukrayna müharibəsi müzakirə olunub.

Tramp müharibədə Bayden administrasiyasını günahlandırıb və prezident seçiləcəyi təqdirdə 24 saat ərzində müharibəni bitirəcəyini iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı