Narinin bacısının ölümü araşdırılacaq

Türkiyədə gündəm olan Narin Güran cinayəti ilə bağlı daha bir fakt üzə çıxıb.

Metbuat.az "Habertürk"ə istinadən bildirir ki, hadisəni araşdıran 4 prokuror Narinin 2019-cu ildə 5 yaşında ikən həyatını itirən bacısı Tülin Güranın ölümünü araşdırmağa başlayıb. Prokurorluq ailənin yaşadığı Diyarbəkir şəhərindəki xəstəxanadan Tülin Güranın ölümü ilə bağlı bütün sənədləri istəyib.

Qeyd edək ki, türk mediasında yayılan iddialara görə, Tülin Güranın da ölümü şübhəli olub. Onun bir cinayətə qurban getdiyi, hadisənin ört-basdır olunduğu iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı