Azərbaycana 3 mlrd. dollara yaxın birbaşa xarici investisiya yatırılıb

2024-cü ilin ilk yarısında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən dəyişməyib.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

    O, qeyd edib ki, kapital repatriasiyası isə 3,4 mlrd. dollar (ötən ilin eyni dövrünə nisbətən 5,5% az) təşkil edib. Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə 998 milyon ABŞ dollarına (2023-cü ilin eyni dövründə 0,6 mlrd. dollar) bərabər olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı