Telman İsmayılovun öldürtmək istədiyi müğənni danışdı

Rusiyada müğənni Abraham Russo onu oğurlamaqda və sui-qəsd cəhdində ittiham olunan idmançı-güləşçi Tarxan Eldukayevə qarşı ifadə verib.

Metbuat.az-ın Lent.az-a istinadla məlumatına görə, idmançının həbsinin uzadılması qərarından belə çıxır ki, müğənninin ifadəsi Eldukayevin cinayətlərini sübuta yetirmək üçün istifadə olunub. İşə ekspert rəyləri və işin digər iştirakçılarının ifadələri də daxil edilib.

Qeyd edək ki, Russoya qarşı sui-qəsd 2006-cı ildə Moskvada baş verib. Müğənniyə “Kalaşnikov” avtomatından bir neçə dəfə atəş açılıb. Nəticədə o, ayağından yaralar alıb. İstintaqın məlumatına görə, sui-qəsdin sifarişi Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılov olub.2022-ci ilin dekabrında Moskvanın Xamovniçeski məhkəməsi sui-qəsdin 2 iştirakçısını 12 və 9 il müddətinə azadlıqdan məhrum edib. Hər iki məhkum cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

2023-cü ilin oktyabrında Moskvanın Basmannı məhkəməsi işin üçüncü iştirakçısı Eldukayevin həbsi barədə qərar qəbul edib. Bununla belə, bu ilin iyulunda məhkəmə Rusiya Federasiyasının İstintaq Komitəsinə keçmiş sərbəst güləşçiyə qarşı cinayət təqibini qismən dayandırmağı əmr edib. Müdafiə tərəfi sübut edib ki, adam oğurluğu ittihamı üzrə məhdudiyyət müddəti hələ 2019-cu ildə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı