Sprint yarışının qalibi mükafatlandırıldı - Formula 2

Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışının qalibi mükafatlandırılıb.

Metbuat.az xəbər verir ki, birinci yeri "AIX Racing" komandasının pilotu Coşua Dürksen götürüb.

İkinci yerə "Dams Lucas Oil" komandasından Jak Krouford, üçüncü pilləyə isə Qabriele Mini yiyələnib.

Qalibə mükafatı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR