Dollara tələbat kəskin artdı: Devalvasiya olacaq?

Dolların məzənnəsi sabit qalsa da, Azərbaycanda dollara tələbat ötən illərə nisbətən kəskin artıb. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub.

Metbuat.az xəbər verir ki, iqtisadçı Elşad Məmmədov Bizim.media-ya açıqlamasında dollara tələbin artmasının bir sıra səbəbləri olduğunu bildirib. Onun fikrincə, əsas səbəblərdən biri ölkədən kapital çıxışına olan meyillərlə bağlıdır:

"Zənnimcə, bu proses hələ də dollara olan tələbata kifayət qədər ciddi təsirlər göstərməkdədir. Mənə elə gəlir ki, bu məqam Mərkəzi Bankı ciddi şəkildə narahat etməlidir və bu prosesin qarşısı alınmalıdır. Burda müvafiq tənzimləyici tədbirlərin həyata keçirilməsi, kapital çıxışı ilə bağlı qabaqlayıcı tədbirlərin olması vacibdir. Xüsusilə nəzərə aldıqda ki, xarici ticarətdəki müsbət saldonun həcmi azalır”.

İqtisadçı valyuta bazarındakı sabitliyin zərurətindən də danışıb:

"Bütün bunlar onu deməyə əsas verir ki, biz Mərkəzi Bankdan effektiv şəkildə pul-kredit siyasətinin idarə olunması və tənzimlənməsini gözləməliyik. Valyuta bazarındakı sabitlik qorunmalıdır. Bu kritik dərəcədə ölkə iqtisadiyyatındakı müsbət inkişaf xəttinin reallaşdırılması üçün lazımdır. Düşünürəm ki, xarici ticarətdə cari əməliyyatlarla bağlı valyuta mübadiləsində heç bir məhdudiyyət tətbiq edilməməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı