Trampa sui-qəsddə şübhəli bilinən şəxs son üç ildə Kiyevdə yaşayıb - KİV

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Rout son üç ildə vaxtının çox hissəsini Kiyevdə keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Nəşrin yazdığına görə, orada o, Ukrayna Silahlı Qüvvələrinin əcnəbi legionunun sayını artırmaq üçün Əfqanıstan, İraq və Suriyadan olan hərbi qulluqçuları Ukrayna ordusu sıralarına cəlb edib.

Bildirilib ki, Raut mətn mesajlarında xarici legionların müxtəlif bölmələrinin nümayəndələrinə İraq, Suriya və Əfqanıstandan olan hərbi qulluqçularla birləşərək birləşmələrin sayını artırmaqda köməklik təklif edib. Yazışmalarda Ukrayna hərbçiləri Rayan Routun bu cür təkliflərini rədd edir. Rautun özünün dediyinə görə, o, bu ölkələrdən 50-yə qədər insanı işə götürə bilib.

Əvvəllər Rayan Rout Qərb mediasına verdiyi müsahibədə Əfqanıstan hərbçilərinin Ukraynaya göndərilməsi ideyasını necə təbliğ etdiyini demişdi. Onun adından insanların Ukrayna silahlı qüvvələrinə cəlb olunduğu internet saytı da fəaliyyət göstərir.

Məlumata görə, 2-ci Beynəlxalq Legionun komandiri, polkovnik Ruslan Miroşniçenko “The Times” qəzetinə müsahibəsində Ukrayna bölmələrinin Rayan Routun təklif etdiyi yardımdan istifadə etməsini təkzib edib.

Qeyd edək ki, Donald Tramp sentyabrın 15-də Florida ştatında qolf klubunda olarkən ona sui-qəsd cəhdi baş verib. Məxfi Xidmət əməkdaşları tüfənglə klubun kənarındakı kolluqda olan şəxsə atəş açıb, daha sonra şübhəli şəxsi saxlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı