Banka pul qoyanlar niyə azdır? - "Qorxurlar ki, bank bağlanar"

Bir çox ölkələrdə insanlar banka depozit qoyur və bununla gəlirini artırır. Bəs Azərbaycanda buna tələbatın nisbətən az olmasının hansı səbəbləri mövcuddur?

Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, bunun bir çox səbəbləri var:

"Adətən depoziti ona görə qoyurlar ki, inflyasiyanın qarşısı alınsın. Bizim əlimizdə olan pul daim dəyərdən düşür, inflyasiyaya məruz qalır. Buna görə də, bir çox Avropa ölkələrində depoziti daha çox qazanc üçün yox, inflyasiyanın qarşısını almaq üçün istifadə edirlər. Bizdə insanlar bəziləri depozit qoyur, bəziləri bunu etmir. Depozit qoyanlar aydındır ki, ordan qazanc əldə etmək istəyirlər".

İqtisadçının sözlərinə görə, əmənat qoymayan insanların bir hissəsi ona görə bunu etmir ki, onların dini əqidəsi buna uyğun deyil:

"Çünki əmanət faizdir. Hər bi halda bu sələm sayılır. Bəziləri isə elə bilir ki, bank bağlansa, pulunu itirəcək. Amma Əmanətlərin Sığortalanması Fondu var. O fond bankda şəxsin 100 min manata qədər əmanətini kompensasiya edir - əgər milli valyutada onun faiz dərəcəsi 12 faizi, xarici valyutada onun faizi 2,5 faizi ötmürsə.

Bəzi insanlar isə ona görə depozit qoymur ki, milli valyutadan çəkinir. Çünki devalvasiyadan qorxur".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı