Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yük və minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, minik avtomobilinin sürücüsü Hüseynov Pərviz Allahşükür oğlu həyatını itirib. Üç nəfər sərnişinin də öldüyü bildirilir.
Qeyd edək ki, qəza toy karvanında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub.