Ceyhun Bayramov maltalı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə C.Bayramov “X” səhifəsində paylaşım edib.

“Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, münaqişədən sonra regiondakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı”, - paylaşımda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı