Zelenski Təhlükəsizlik Şurasına müraciət etdi

Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi adı altında keçirilən yüksək səviyyəli sessiyada çıxış edib.

Metbuat.az xəbər verir ki, o çıxışında Təhlükəsizlik Şurasına müraciət edib. Zelenski Rusiya prezidenti Vladimir Putinin beynəlxalq qaydaları pozduğunu dilə gətirib. Zelenskinin sözlərinə görə, Rusiya sülhə məcbur edilməlidir.

Ukrayna və Rusiya arasındakı müharibədə beynəlxalq ictimaiyyətdən dəstək istəyən Zelenski, "Putin o qədər beynəlxalq norma və qaydaları pozdu ki, təkbaşına dayanmayacaq. Rusiyanı ancaq sülhə məcbur etmək olar və bu da lazımdır” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR