Ançelotti "Real"dan başqa məşqçi tapmasını tələb etdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançeotti klub rəhbərliyindən yeni baş məşqçi tapmasını istəyib.

Metbuat.az xəbər verir ki, Ançelotti və onun məşqçilər korpusu onlara kömək etmək üçün əlavə məşqçi istəyib. Onlar hesab edirlər ki, performansı yaxşılaşdırmaq üçün növbəti addım taktiki və texniki ideyalar üzərində işləməkdir. Bu işləri həyata keçirmək üçün yeni məşqçi cəlb edilməlidir. Qeyd edək ki, hazırda Ançelottinin komandası səkkiz nəfərdən ibarətdir.

Unai Emerinin "Aston Villa"dakı heyəti 20, Marselino Qarsia Toralın isə "Vilyarreal"dakı heyəti 30 nəfərə yaxındır. Ançelottinin heyəti hesab edir ki, məşqçilərin sayının az olması onların özlərinə aid olmayan çalışmaları da yerinə yetirməsinə səbəb olur. Onlar hesab edirlər ki, klub yükü daha bərabər paylasa və müəyyən sahələr üzrə ixtisaslaşsa, daha yaxşı olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR