​Türkiyə Livana yardım göndərdi

Türkiyədən Livana yardım daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Beyruta eniş edib.

Metbuat.az xəbər verir ki, yardım təyyarəsi 30 ton humanitar və tibbi yardım ləvazimatları daşıyıb. Yardım ləvazimatları Livan hakimiyyətinə çatdırılıb. Yardım təyyarəsini Livanın səhiyyə naziri Firas əl-Ebyad və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy qarşılayıb. İsrailin Livana hücumlarından sonra Türkiyə hökumətinin Livan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığını vurğulayan Ebyad, Türkiyənin onlara humanitar yardım çatdırdığını, Beyrut səfiri Ulusoyun da Livanın səhiyyə xidmətini qarşılamaq üçün hazır olduğunu bildirib.

Ebyad bildirib ki Türkiyənin yardım təyyarəsi İsrailin hücumuna qarşı Livan xalqına həmrəylik mesajı verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı