“Google” “Microsoft”u şikayət etdi

“Google” şirkəti bulud hesablama sənayesində rəqabətə zidd təcrübələr səbəbilə “Microsoft”u Avropa İttifaqı Komissiyasına şikayət edib.

Metbuat.az xəbər verir ki, “Google” iddia edir ki, “Microsoft”, müştəriləri “Azure” ilə əlaqələndirmək üçün “Windows”un proqram təminatı sahəsindəki dominant bazar mövqeyindən istifadə edir. “Google”a görə, “Microsoft”un çoxmilyardlıq bulud hesablama sənayesində rəqabətə zidd davranışı məhdudlaşdırıcı lisenziya şərtləri və diskriminasiyalı qiymətlər vasitəsilə həyata keçirilir. Şikayətdə deyilirdi ki, “Microsoft” ədalətli rəqabətə imkan vermək əvəzinə, “Windows” serverindəki bazar gücündən istifadə edərək rəqib bulud provayderlərini seçən müştəriləri cəzalandırır.

Qeyd edək ki, “Microsoft” bulud hesablama sektorunda güclü artıma nail olsa da, “Google” bu sektorda analitiklərin proqnozlarını qarşılaya bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR