Quterreş Livan üçün ilk dəfə o kəlməni işlətdi

BMT Baş katibi İsrailin hücumları nəticəsində yüzlərlə insanın həyatını itirdiyi Livanla bağlı “Cəhənnəm” ifadəsini işlədərək xəbərdarlıq edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında "Orta Şərqdəki vəziyyət" mövzusunda çıxış edən Baş katib Antonio Quterreş tərəflərə dərhal düşmənçiliyə son qoymağa çağırıb.

Quterreş İsrail və Hizbullah arasındakı toqquşmaların Livanı “cəhənnəmə çevirə biləcəyi” xəbərdarlığını edib. Baş katib “Livanda cəhənnəmin qapıları açılır. Dünən Baş Assambleyada dediyim kimi, hamımız bundan narahat olmalıyıq. Livan uçurumun kənarındadır” ifadələrini işlədib.

Livanın suverenliyinə hörmət göstərilməsinin vacibliyini vurğulayan Quterreş oktyabr ayından bəri İsrail və Hizbullah arasındakı toqquşmalara görə Livanda təxminən 200 min, İsrailin şimalında isə 60 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı