"Fənərbaxça" turnirə qələbə ilə başladı - Avropa Liqası

UEFA Avropa Liqasında ilk turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" klubu Belçikanın "Yunion" klubunu qəbul edib. Matçda hesabı meydan sahibləri açıblar. 26-cı dəqiqədə Çağlar Söyüncü qapını dəqiq nişan alıb.

İkinci hissə qonaqlar üçün daha uğursuz olub. 74-cü dəqiqədə belçikalılar azlıqda qalıblar. 82-ci dəqiqədə isə "Yunion"un futbolçusu topu öz qapısına vurmaqla fərqi artırıb.

Son dəqiqələrdə "Fənər"in futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Az sonra isə belçikalılar fərqi azaltmağa nail olsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər - 2:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR