Onlar bizə hücum edən kimi nüvə silahından istifadə edəcəyik - Lukaşenko

Belarusa qərb sərhədlərindən hücum edilən kimi nüvə silahından istifadə edəcək.

Metbuat.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko belə açıqlama verib. O Belarus və Rusiyanı qorumaq üçün hansı hallarda nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb. Lukaşenkonun sözlərinə görə, Belarusa hücum üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər. Lukaşenko ABŞ və Polşa əsgərlərinin NATO qüvvələri olaraq Belarusun qərb sərhədləri boyunca yerləşdirildiyini qeyd edərək, "Onlar bizə hücum edən kimi nüvə silahından istifadə edəcəyik. Onlar bizə cavab verə bilərlər" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı