​İspaniyada Fələstinlə bağlı ümumi tətil keçirildi

İspaniyada "Fələstində soyqırım və işğala qarşı" adı altında ümumi tətil keçirilib.

Metbuat.az xəbər verir ki, tətil 200-dən çox həmkarlar ittifaqı və qeyri-hökumət təşkilatının çağırışı ilə keçirilib. Ümummilli tətil çərçivəsində paytaxt Madrid, Barselona və Bilbao kimi böyük şəhərlərdə nümayişlər keçirilib, universitet tələbələri dərsləri tərk ediblər. Həmkarlar ittifaqları və QHT-lər İspaniya hökumətini İsraillə dərhal diplomatik, ticari və hərbi əlaqələr qurmağa çağırıblar.

Həmkarlar ittifaqları, "Fələstində soyqırım və işğala qarşı" ümumi tətil çağırışı çərçivəsində təşkil etdikləri çoxsaylı nümayişlərə əlavə olaraq, bir çox yerdə, xüsusilə də hərbi texnika istehsal edən fabriklərdə və stansiyaların qarşısında etiraz aksiyalarının keçiriləcəyini açıqlayıb. Nümayişlər Madriddə Xarici İşlər Nazirliyinin binası qarşısında da keçirlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı