Əfsanəvi basketbolçu vəfat etdi - FOTO

Amerikan Basketbol Liqasının (NBA) əfsanəvi oyunçusu 58 yaşında dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə NBA-nın rəsmi sosial media hesabı məlumat yayıb.

Bildirilib ki, iki ildir beyin şişi müalicəsi alan əfsanəvi basketbolçu Dikembe Mutombo vəfat edib.

Karyerası boyunca NBA-də "Denver Nuggets", "Atlanta Hawks", "Philadelphia 76ers", "New Jersey Nets", "New York Knicks" və "Houston Rockets" klublarında çıxış edən Konqo əsilli amerikalı keçmiş basketbolçu Mutombo xüsusilə blok və müdafiə performansı ilə yaddaşlarda qalıb.

18 mövsümlük NBA karyerasında 8 dəfə "All-Star" seçilən və 4 dəfə ilin ən yaxşı müdafiəçisi adına layiq görülən Mutombo 3 dəfə blok, 2 dəfə ribaunt kralı olub. O, NBA-da 3 min 289 blokla Hakeem Olajuwon-dan (3 min 830) sonra ən çox blok edən ikinci oyunçu kimi də tarixə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR