Livandan on minlərlə insan Suriyaya keçdi

Livandan Suriyaya keçənlərin sayında artım müşahidə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi açıqlama verib. Qrandi X-də İsrailin Livana hücumları haqqında yazı paylaşıb. Qrandi bildirib ki, İsrailin hava zərbələrindən qaçaraq Livandan Suriyaya keçən livanlı və suriyalıların sayı 100 minə çatıb. Qrandi qeyd edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəsmiləri bölgəyə keçənlərə dəstək olmaq üçün yerli hakimiyyət orqanları və Suriya Qızıl Ayparası ilə birlikdə dörd keçid məntəqəsində olublar.

Qeyd edək ki, İsrail ordusunun Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı