İsrail yeni hücumun anonsunu verdi

İsrail ordusu Yaxın Şərqdə yeni əməliyyatlar keçirəcəyini bəyan edib.

Metbuat.az xəbər verir ki, açıqlama İranın İsrailə hücumundan sonra verilib. Açıqlamada Yaxın Şərqdəki hədəflərə güclü zərbələrin endiriləcəyi bildirilir. Lakin hədəflərin hansı ölkə və ya bölgə olacağı barədə detallara yer verilməyib.

Qeyd edək ki, İran İsrailə 500-ə qədər raket atıb. Hücum zamanı ballistik və hipersonik raketlərdən istifadə edilib. İsrail tərəfi kiçik fəsadların olduğunu açıqlasa da, İran tərəfi hədəflərin 90 faizinin vurulduğunu və ağır fəsadlar qeydə alındığını irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı