"Android"in yeni flaqman modelləri əvvəlkindən baha olacaq

2025-ci ilin ən yaxşı "Android" telefonlarında istifadə olunması gözlənilən "Snapdragon 8 Gen 4" çipsetinin əvvəlki versiyalara nisbətən baha olacağı iddia olunub.

Metbuat.az "Android Authority"yə istinadən xəbər verir ki, "Snapdragon 8 Gen 4" çipinin sələfindən təxminən 20% daha bahalı olacaq. Çipsetdəki bahalaşma ondan istifadə edən flaqman smartfonlara da təsirsiz ötüşməyəcək.

Artım baş verəcəyi təqdirdə, "Samsung Galaxy S25" seriyası, "OnePlus 13", "Sony Xperia 1 VII" və digər "Android" flaqman modelləri əvvəlki nəslə nisbətən daha bahalı qiymətə satışa çıxarılacaq.

Həmçinin "MediaTek Dimensity 9400" çipinin də əvvəlki modelindən 20% daha bahalı olacağı deyilir. "Snapdragon" əvəzinə "Dimensity" çipləri seçən cihazlarda da əvvəlki qədər sərfəli qiymətlər görmək çətin olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı