Türkiyənin Balıkəsir şəhərinin Marmara dənizinin sahilində yerləşən bölgəsində balıqçılar nəhəng balıq tutublar.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 207 kiloqramlıq orkinos balığı təkcə çəkisi ilə deyil, nəhəng ölçüləri ilə də görənləri təəccübləndirə bilib.
Belə böyük balığın nadir tutulduğunu bildirən balıqçılar Erdek bölgəsinin bu sahədə potensialının bir daha sübut olunduğunu vurğulayıblar.
Nəhəng balıq servis olunmaq üçün restorana göndərilib.