Bu cərimələr artırılır - 300 manatdan 7000 manatadək

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələr artırılır.

Metbuat.az-ın məlumatına görə, dəyişiklik İnzibati Xətalar Məcəlləsinə təklif olunub.

Mövcud qanunvericiliyə əsasən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə fiziki şəxslər əlli manat məbləğində cərimə edilir.

Yeni təkliflərə əsasən, bu cərimələr əhəmiyyətli dərəcədə artırılır:

Fiziki şəxslər üçün cərimə 300 manata;

Vəzifəli şəxslər üçün cərimə 1000 manata;

Hüquqi şəxslər üçün isə 4000 manata qədər artırılacaq.

Eyni zamanda, bu qanunu bir il ərzində təkrar pozanlar üçün daha ağır sanksiyalar nəzərdə tutulub.

Təkrar pozuntuya görə:

Fiziki şəxslər 1000 manat cərimə və ya 60 saatdan 100 saatadək ictimai işlərə cəlb;

Vəzifəli şəxslər 1500-2000 manat arasında;

Hüquqi şəxslər üçün cərimə məbləği 5000-7000 manat arasında olacaq.

Qeyd edək ki, bu dəyişikliklər tullantıların düzgün idarə edilməsini təmin etmək və ətraf mühitin qorunmasına yönəldilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı