Baydendən Netanyahuya tövsiyə - "Mən olsaydım etməzdim"

ABŞ Prezidenti Co Bayden İsrailin İrana mümkün hücumu ilə bağlı danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, İsrailin hələ İrana necə cavab verəcəyinə qərar verməyib. Bayden İsrailə İranın neft yataqlarını vurmamasını tövsiyə edib.

Bayden "Onların yerində olsaydım, neft yataqlarından başqa alternativləri nəzərdən keçirərdim" deyə bildirib. O, İsrailin mümkün cavabı ilə bağlı danışıqların davam etdiyini ifadə edib. Qeyd edək ki, İsrailin İranda nüvə obyektlərini və neft yataqlarını hədəfə ala biləcəyi irəli sürülür. İddia edilir ki, İsrail İranın nüvə obyektlərinə ABŞ-ın dəstəyi olmadan təkbaşına hücum edə bilməz. Neft yataqları isə raketlərlə vurula bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı