Mourinyo gedir? - "Fənərbaxça"da gərgin toplantı

İngiltərənin "Everton" klubu "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Everton" rəhbərliyi Mourinyonu kluba gətirmək üçün böyük büdcə ayırıb. İngiltərə mətbuatında yer alan xəbərə görə, "Everton"un Mourinyo ilə danışıqlar aparmaq istəməsi, "Fənərbaxça" rəhbərliyini də hərəkətə keçirib. "Fənərbaxça"nın rəhbərləri məsələ ilə bağlı toplantı keçirib. İclasda bildirilib ki, Mourinyo hələ kluba gəlməzdən əvvəl iddialı təkliflər alsa da, türk klubunu seçib.

Bildirilib ki, Mourinyo "Fənərbaxça"nın layihəsinə etibar edir və o, klubda davam edəcək. Toplantıda Mourinyonun təkliflərə məhəl qoymayacağı və diqqətini "Fənərbaxça"nın uğurlarına yönəltdiyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı