"Kapital Bank"ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçiridyi stimullaşdırıcı “Depozit lotereyası”nın ilk tirajı yekunlaşıb.

Şərtlərə əsasən 2-30 sentyabr 2024-cü il tarixlərində minimum 500 AZN olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı qazanıblar. İştirakçılardan 40 nəfəri 1-ci tirajda qalib gəlib və maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi əldə ediblər.

Qaliblərin siyahısı: https://kbl.az/dlqs

Lotereyanın 2-ci tirajı isə 7 noyabr 2024-cü il tarixində keçiriləcək. Bu tirajda 60 şanslı müştəri ikiqat faiz ödənişi, 1 müştəri isə 50 000 AZN pul mükafatı əldə edəcək. Lotereyada 31 oktyabr 2024-cü il tarixinədək şərtlərə uyğun Kapital depoziti yerləşdirən hər kəsin iştirak etmək şansı var. İlk tirajın qalibləri 2-ci tirajda iştirak etmirlər.

Xatırladaq ki, lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər iştirak edirlər. Filiallarda yerləşdirilən hər əlavə 1000 AZN depozit 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 AZN üçün 20 şans yaradır. İlk tirajda qalib olmayan müştərilərin ikinci tirajda qalib olma şansları davam edir.

Lotereya haqqında ətraflı məlumat üçün: https://kbl.az/dlqps

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR