15 yaşlı qızın qətlindən sonra itən Kənanın meyiti tapıldı - FOTO

Bərdədə 15 yaşlı Sevinc Abbaslının qətlində şübhəli bilinərək istintaqdan yayınan şəxsin meyiti tapılıb.

Metbuat.az xəbər verir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Əhmədli Kənanın meyiti oktyabrın 7-si Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

31 yaşlı Kənanın hansı şəraitdə kanala düşməsi, qətlə yetirilməsi və ya intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR