​“WhatsApp”da yenilik - 5 nəfərə sürpriz edə bilərsiniz

“WhatsApp” status paylaşımları ilə bağlı yenilik edilib.

Metbuat.az xəbər verir ki, “WhatsApp” istifadəçilərə status yeniləmələrində digər insanları işarələməyə imkan verən yeni funksiya təqdim edib. Yeniliyə əsasən istifadəçilər status yeniləmələrində insanları birbaşa işarələyə biləcək. Statusda etiketlənən istifadəçilər status sahibinin yazılarından daha çox xəbərdar olacaq və daha çox qarşılıqlı əlaqədə olacaqlar.

Yeni funksiya sayəsində istifadəçilər dostları, ailə üzvləri və ya digərləri ilə paylaşımını daha əyləncəli şəkildə qeyd edə bilər. Yeni funksiya sayəsində “WhatsApp” istifadəçiləri statuslarında beş nəfərə qədər insanı işarələyə bilərlər. Tag edilmiş şəxslər status postu ilə bağlı xüsusi məlumatlandırılacaq, lakin bu qeydlər statusda görünməyəcək. Bundan əlavə, istifadəçilər etiketləndikləri statusları yenidən paylaşa və bəyənə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR