400 min insan köməksiz qalıb - BMT

İsrailin yenidən hücumlarını intensivləşdirdiyi Qəzzanın şimalında 400 min fələstinli köməksiz vəziyyətdə qalıb.

Metbuat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini belə açıqlama verib. O bildirib ki, bölgədəki insanlar yenidən köçməyi qəbul etmirlər. Sakinlər buna səbəb kimi Qəzzada heç bir yerin təhlükəsiz olmadığını irəli sürürlər. Lazzarinin sözlərinə görə, Qəzzanın şimalında qida yoxdur, sakinlər aclıqla üzləşib.

Qeyd edək ki, İsrail Qəzzanın şimalında hava hücumlarını intensivləşdirib. Buna qədər Qəzzanın şimalına hücumlar nisbətən səngimişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı