Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.
Məlumata görə, Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək paytaxtın Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.