ABŞ-dan sülh sazişi barədə açıqlama

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməyib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

“Biz heç vaxt razılaşmanı COP29-la əlaqələndirməmişik. Biz bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik, həmçinin bu sazişin əldə olunmasına çalışırdıq. Ancaq bu, ABŞ-nin deyil, tərəflərin işidir", - Miller deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR