Türkiyədə zəlzələdə xəsarət alanların sayı açıqlandı

Çərşənbə günü episentri Türkiyənin Malatya vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində 5 nəfər xəsarət alıb.

Metbuat.a xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazirin sözlərinə görə, yeraltı təkanlar Malatya, Şanlıurfa və Elazığ vilayətlərində üç yaşayış binasının qismən dağılmasına səbəb olub.

Elazığ vilayətində qismən dağılmış binadan dörd nəfər xilas olunub.

Türkiyə Hökumətinin yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) “qaynar xətti”nə yeraltı təkanların nəticələri ilə bağlı ümumilikdə 374 zəng daxil olub, onlardan 33-də yardım çağırışları yer alıb.

AFAD-ın məlumatına görə, ilk təkandan sonra maqnitudası 1,2-3 arasında dəyişən ən azı 30 afterşok qeydə alınıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Malatya valisi Seddar Yavuz və bələdiyyə sədri Sami Erdən bölgədəki vəziyyətlə bağlı ətraflı məlumat alıb.

Malatya, Şanlıurfa, Elazığ, Batman və Adıyaman vilayətlərinin səlahiyyətliləri təhsil müəssisələrində birgünlük tətil elan ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı