Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Metbuat.az xəbər verir ki, Prezident bu barədə "X"də paylaşım edib.

"Dostumuz, qardaşımız: "iki dövlət, bir millət" şüarına sahib olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını çatdırıram", - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı