Türkiyədə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:41-də qeydə alınıb.

Zəlzələnin episentri Dulkadiroğlu rayonunda, ocağı isə 10,53 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı