"​İran İsrailin mümkün hücumuna hazırdır" - Abbas Əraqçi

İran İsrailin mümkün hücumuna hazırdır və dərhal cavab verəcək.

Metbuat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NTV-yə verdiyi müsahibədə bəyan edib.

Nazir bildirib ki, İran hər an cavab verməyə hazırdır, lakin bu vəziyyətin yaranmamasını ümid edirlər.

Xatırladaq ki, oktyabrın 1-də İran, İsrailin HƏMAS, “Hizbullah” və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyinə qarşı hücumlarına cavab olaraq kütləvi raket zərbələri endirmişdi. İsrail isə hücuma cavab verəcəyini vəd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı