“Qarabağ”-“Ayaks” oyununa satılan biletlərin sayı açıqlandı

Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasındakı keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun matçına 20 mindən çox bilet satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda 20200 bilet alınıb.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR