Quterreş COP29-da iştirak üçün Bakının dəvətini qəbul etdi

BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu BMT sözçünün müavini Florensiya Soto Nino deyib.

BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək:

“Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü müavini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı