Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi

"Terrorçu başının təcridi aradan qaldırılırsa, gəlsin Türkiyə Böyük Millət Məclisində DEM Partiyasının qrup toplantısında çıxış etsin, terrorun tamamilə bitdiyini və təşkilatın ləğv edildiyini bəyan etsin".

Metbuat.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı TBMM-də partiyasının qrup toplantısında terrorçu Abdullah Öcalanla bağlı danışarkən deyib.

"Əgər terrordan uzaq siyasət, ölkə və gələcək barədə həmfikirdirsə, biz də bu məsələdə bütün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq və buradayıq.

Gəlin, Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə millətin birliyi ilə yeni əsrin dastanını birlikdə yazaq. Bizim parçalanmağımızı gözləyənləri isə darmadağın edək", - partiya sədri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı