İsrail ordusu televiziyanın ofisini bombaladı

İsrailin döyüş təyyarələri Livanın paytaxtı Beyrutun cənubundakı Dahiye bölgəsinə hava hücumu təşkil edib.

Metbuat.az xəbər verir ki, hava hücumunda Livan mərkəzli “Əl Mayadeen” televiziya kanalının ofisinin hədəf alındığı bildirilib. Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, ofisə 2 raket zərbəsi endirilib. Hücum zamanı ofisin tamamilə dağıldığı və televiziya kanalı rəhbərliyinin hücumdan əvvəl ofisi boşaltdığı bildirilib. Xəbərdə, hava hücumu zamanı həmçinin El-Laylaki bölgəsi yaxınlığındakı mülki yaşayış məhəllələrinin hədəfə alınaraq tamamilə məhv edildiyi qeyd edilib.

Xəbərdə, İsrail döyüş təyyarələrinin Dahiyə bölgəsi və ətrafındakı müxtəlif yerlərə hava hücumları təşkil etdiyi bildirilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı