COP29-da "Yaşıl artım portalı"nın layihəsi təqdim olunacaq

Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Yaşıl artım portalı"nın layihəsi təqim olunacaq.

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"ABŞ-nin Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausman ilə videokonfrans formatında keçirdiyimiz görüşdə iqtisadi inkişaf və artımın dəstəklənməsinə yönələn təşəbbüslər, COP29-da təqdim olunacaq "Yaşıl artım portalı" layihəsi, vergi inzibatçılığında aparılmış islahatların əmək bazarına təsiri daxil olmaqla ikitərəfli əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik", - deyə o qeyd edib.

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib. “Growth Lab” Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib.

Mərkəzin irəli sürdüyü və COP29 çərçivəsində təqdim ediləcək "Yaşıl artım portalı" “Growth Lab”ın “İqtisadi mürəkəbblik” metodologiyasına əsasən hər bir ölkəyə yaşıl inkişaf imkanlarını müəyyən etməyə şərait yaradacaq. Təşəbbüsün Azərbaycanın “yaşıl artım” istiqamətində cəhdlərinə töhfə olacağı vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı