İsmail Kartal Azərbaycandan aldığı təklifə cavab verdi

"Fənərbaxça"dan ayrıldıqdan sonra işsiz olan İsmail Kartala iki ölkədən təklif gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə "İstanbulspor"un baş məşqçisi Osman Zeki Qorxmaz açıqlama verib. İsmail Kartalla davamlı olaraq görüşdüyünü ifadə edən Osman Zeki Qorxmaz, hazırda onun dincəldiyini və liqaları izlədiyini ifadə edib. O, İsmail Kartala "Fənərbaxça"dan ayrıldıqdan sonra təkliflər gəldiyini ifadə edib. Osman Zeki Qorxmaz İsmail Kartalın Səudiyyə Ərəbistanı və Azərbaycandan təklif aldığını ifadə edib. O, Kartalın istədiyi təklifi hələ almadığını, yaxşı layihə olacağı təqdirdə təklifi qəbul edəcəyini ifadə edib.

Qeyd edək ki, "Karabükspor"da məşqçi kimi fəaliyyətə başlayan İsmayıl Kartal daha sonra bir sıra Türkiyə klublarında çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı