Azərbaycan prezidenti “Yasamal” parkının açılışında iştirak edib

15:12 25 Dekabr 2014
44 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 15:09 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib.

APA-nın məlumatına görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlət başçısına məlumat verib.

 

Xüsusi dizayn əsasında layihələndirilən parkın inşasına bu ilin əvvəllərində başlanılıb və bir ildən də az müddətə başa çatdırılıb. 
 

Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib. 



Prezident İlham Əliyev “+82 Qərb” su anbarları kompleksinin 3-cü, 4-cü və 5-ci anbarları ilə də tanış olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR