Amerikalı milyarder İlon Mask 11 uşağı və uşaqlarının anaları ilə birlikdə yaşaması üçün gizli olaraq malikanə aldıb.
Metbuat.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Qəzetin məsələdən xəbəri olan mənbələrə istinadən məlumatına görə, amerikalı milyarder maraqlı ailə məskunlaşması yaratmağa çalışır. Adı açıqlanmayan mənbələr Maskın 3 anadan olan 11 uşağın birlikdə yaşaya bilməsi üçün belə bir addım atdığını qeyd edib.
Məlumata görə, Maskın Texasda təxminən 1338 kvadratmetrlik malikanəsi və malikanənin yaxınlığında bir villası var. Bu mülklərin ümumi dəyərinin 35 milyon dollar olduğu bildirilib. Maskın 3 uşağının anası Şivon Zilis övladları ilə birlikdə sözügedən malikanəyə köçsə də, digər qadınlar və uşaqlar hələlik köçməyib. Maskın uşaqlardan biri və anaları ilə münasibətlərinin gərgin olduğu bildirilir.