"Real"ın oyunu təxirə salına bilər - İspaniyada fəlakət

İspaniyada baş verən sel fəlakəti futbol matçlarına da təsir edib.

Metbuat.az xəbər verir ki, Kral Kubokunda oynanılmalı olan 2 qarşılaşma təxirə salınıb. “Marca” qəzetinin məlumatına görə, sel fəlakəti səbəbilə La Liqada keçiriləcək “Valensiya” - “Real Madrid” və “Levante” - “Malaqa” matçlarının da təxirə salınması gündəmdədir. Bundan əvvəl, İspaniyada Kral Kubokunda keçirilməli olan "Parla Eskuela" - "Valensiya" və "Pontevedra" - "Levante" matçları təxirə salınıb.

Qeyd edək ki, Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfəri ötüb. Sel ümumilikdə 3 bölgədə fəsadlara səbəb olub. Məlumata görə, bu, ölkə tarixinin ən böyük təbii fəlakətlərdən biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR