Şimali Koreya xarici işlər naziri Moskvadadır - FOTO

Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyalı həmkarı Çoi Sonq Hi ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüş Moskvanın Yaroslavl vağzalında baş tutub. Lavrov həmkarına gül dəstəsi təqdim edib. Daha sonra Rusiya və KXDR XİN başçıları Kim İr Senin 1949-cu ildə SSRİ-yə səfəri münasibətilə Yaroslavl vağzalında quraşdırılmış xatirə lövhəsinin açılışını ediblər.

Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Lavrov və Çoi Sonq Hi arasında əsas müzakirələr Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı