Fəth və HƏMAS nümayəndələri bir araya gəldi

Fələstin Prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fəth heyəti və HƏMAS nümayəndə heyəti Misirin paytaxtı Qahirədə bir araya gəlib.

Metbuat.az xəbər verir ki, tərəflər İsrailin Qəzzada həyata keçirdiyi irimiqyaslı hücumları müzakirə ediblər. Toplantıda həmçinin milli birliyin qurulması istiqamətində atılan addımlar müzakirə olunub. HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirib ki, görüş Misirin dəvəti ilə keçirilib.

HƏMAS Siyasi Bürosunun üzvü Fəth hərəkatının nümayəndələrinə “qardaşlarımız” deyə müraciət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı