“Qalatasaray” bu qədər ödəməsə ala bilməz - Qiymət açıqlandı

"Napoli"nin idman direktoru Covanni Manna "Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimhenlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, futbolçu ilə bir sıra klubların maraqlandığını bildirib. "TRT Spor"a danışan "Napoli"nin idman direktorunun sözlərinə görə, “Qalatasaray” 75 milyon avroluq xalis ödəniş ödəməsə, Osimheni ala bilməz.

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın prezidenti Dursun Özbek, "Osimhenin transfer haqqını sponsorluq yolu ilə alacağınıza dair xəbərlər var” sualına, “Növbəti transferlərə hələ var, o zaman bunu nəzərə alacağıq” - deyə cavab vermişdi. Bu mövsüm "Qalatasaray"ın heyətində 7 matça çıxan nigeriyalı ulduz 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı