"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu baxımlı qola imza atıb.
Metbuat.az-ın məlumatına görə, Çalhanoğlu "Napoli" ilə matçın 43-cü dəqiqəsində bərabərlik qolunu vurub.
Bu mövsüm bütün 4-cü qolunu vuran Çalhanoğlu 74-cü dəqiqədə istifadə etdiyi penalti zərbəsindən isə yararlana bilməyib. Top az fərqlə dirəkdən qayıdıb.
Xatırladaq ki, 30 yaşlı futbolçu "İnter" forması ilə ilk dəfə penaltini qola çevirə bilməyib. Çalhanoğlunun bundan əvvəl vurduğu 19 penalti qol ilə nəticələnib.