Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda

Bakıda hamilə qadın xəstəxanada həyat yoldaşı tərəfindən tərk edilib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat "Qadın və Uşaq Sığınacağı" səhifəsində paylaşılıb.

Bildirilib ki, hamilə qadın Sabunçu xəstəxanasına müayinə məqsədilə gətirildikdən sonra həyat yoldaşı onu orada tərk edib. Bir aydır ki, qadın xəstəxanada gözləyir. Sonradan isə ər qadına pasportunun şəklini göndərərək xaricə getdiyini deyib və ona öz başının çarəsinə baxmasını məsləhət görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı